Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Dünya çempionatının favoriti Azərbaycan millisidir"

Türkiyə minifutbol yığmasının baş məşqçisi Durul Tuğ Azərbaycan millisini Bakıda keçirilən dünya çempionatının əsas favoriti hesab edir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis "Report"a açıqlamasında bildirib.
"Məncə, dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır. Bunu türk olduğum üçün demirəm. Bu azarkeşlər və komanda, məncə, çempion olmağa layiqdir. Digər favoritlər Serbiya və Rumıniya ola bilər", - deyə D.Tuğ vurğulayıb.
Mütəxəssis təşkilatçılığa çox ciddi yanaşıldığını söyləyib:
"Azərbaycanda dünya çempionatının təşkilatçılığı olduqca uğurludur. Çox ciddi yanaşılıb və dəyər verilib. Yarışda mübarizə aparan 32 komandanın hər biri özlərini dəyərli hiss edir. Bu, Azərbaycanda keçirilən dünya çempionatı üçün söyləyə biləcəyim ən gözəl sözlərdir".
O, komandasının çıxışını dəyərləndirib:
"Daha yaxşı oynaya bilərdik. Yeni komandayıq, daha yaxşı olmaq üçün çox çalışacağıq. Çatışmazlıqlarımız var. Bizim üçün çox böyük təcrübə oldu".
Qeyd edək ki, Türkiyə yığması dünya çempionatının qrup mərhələsinin sonuncu - III turunda İngiltərəyə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksələn 4 komanda müəyyənləşib
Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksələn 4 komanda müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, mundialın 1/8 final mərhələsini...
