"Turan Tovuz"un azarkeşlə qalmaqal yaşayan futbolçusuna verdiyi cəza məlum olub

"Turan Tovuz"un Misli Premyer Liqasının XXIX turunda "Səbail"lə matçda azarkeşlə qalmaqal yaşayan futbolçusu Veysəl Rzayevə verdiyi cəza məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi klub rəhbərliyi tərəfindən cərimələnib.
Onun komandadan göndərilməsi və ya başqa formada cəzalandırılması nəzərdə tutulmayıb. Amma qalmaqalda iştirak etdiyinə görə müəyyən məbləğdə cərimə ödəməli olacaq.
Qeyd edək ki, Tovuzda baş tutan və 0:0 hesabı ilə bitən matçdan sonra V.Rzayev azarkeşi vurmağa cəhd edib. AFFA İntizam Komitəsi futbolçunu biri şərti olmaqla 2 oyunluq cəzalandırıb. "Turan Tovuz" isə 2000 manat cərimələnib.

Oxşar xəbərlər
Azərbaycanın boks millisi Bakıdakı beynəlxalq turnirdə birinci yeri tutub
Azərbaycanın boks üzrə milli komandası Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub. BAKU.WS Oxu.Az-a istin...