"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu 2 oyunluq cəzalandırılıb

"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu Veysəl Rzayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.
Bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
05.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXIX turun "Səbail" – "Turan Tovuz" oyunu bitdikdən sonra "Turan Tovuz" klubunun 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılsın, "Turan Tovuz" klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.5; 32)
06.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXIX turun "Sabah" – "Kəpəz" oyunu bitdikdən sonra "Kəpəz" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Kəpəz" klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
07.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXIX turun "Araz-Naxçıvan" – "Sumqayıt" oyununda "Sumqayıt" klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sumqayıt" klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

Oxşar xəbərlər
Azərbaycanın boks millisi Bakıdakı beynəlxalq turnirdə birinci yeri tutub
Azərbaycanın boks üzrə milli komandası Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub. BAKU.WS Oxu.Az-a istin...