"Turan Tovuz" turun sonuncu oyununda "Şamaxı" ilə üz-üzə gələcək

Misli Premyer Liqasında "Turan Tovuz" bu gün "Şamaxı" ilə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, XVI turun sonuncu matçı saat 19:00-da start götürəcək.
Tovuz şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanı FIFA referisi Kamal Umudlu idarə edəcək.
Meydan sahibləri 27 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
XVI tur, II dövrə
9 dekabr
19:00. "Turan Tovuz"- "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" isə "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
"Neftçi" dünya ulduzu ilə danışıqlar aparır
Yeni mövsümə hazırlaşan "Neftçi" heyətini dünya ulduzu ilə gücləndirə bilər. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, "ağ qaralar" Duqlas Koşta ilə danı...
