"Transfermarkt" Ronaldonun transfer qiymətini azaltdı - FOTO

Transfermarkt Ronaldonun transfer qiymətini azaltdı - FOTO
İdman 99

"Transfermarkt" portalı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun dəyərini aşağı salıb.

BAKU.WS-in xəbərinə görə, portal əfsanəvi futbolçunu 15 milyon avro qiymətləndirir.

38 yaşlı hücumçunun maksimum dəyəri 2014-2018-ci illərdə forma geyindiyi "Real Madrid" klubunda çıxışı zamanı 120 milyon avro qeydə alınıb.

Qeyd edək ki, ulduz futbolçu cari il "Əl-Nəsr"ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro qazanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər