"Trabzonspor"la matçda meydanı tərk edən "İstanbulspor"la bağlı qərar verildi
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "İstanbulspor"u cəzalandırıb.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
TFF-nin saytında yer alan açıqlamada "İstanbulspor"un "Trabzonspor"u qəbul etdiyi matçda meydanı tərk etdiyinə görə 3:0 hesabı ilə məğlub hesab edildiyi, meydan sahiblərinin isə 3 xal silinməsi ilə cəzalandığı bildirilib.
Həmçinin, klub prezidenti Ecmel Faiq Sarıalioğlu akkreditasiya təlimatlarına zidd hərəkəti və idmana yaraşmayan hərəkətləri səbəbindən 90 gün müddətinə hüququndan məhrum edilib və 780 min lirə cərimə olunub.
Digər tərəfdən, "İstanbulspor"un bəzi azarkeşlərin pis təzahüratlarına görə növbəti ev oyununda cəzalanacağı qeyd edilib.
Oxşar xəbərlər
"İstanbulspor" klubunun futbolçusu klub prezidentinin qarşısında diz köçüb yalvardı - VİDEO
Ötən gecə Türkiyə Super Liqasının XVII həfətəsində keçirilən "İstanbulspor" - "Trabzonspor" matçı zamanı oyunçularına meydançanı tərk etmək göstərişi verən "İst...