"Tottenhem"də çıxış edən dünya çempionu "Qarabağ"la oyunu buraxacaq

Tottenhemdə çıxış edən dünya çempionu Qarabağla oyunu buraxacaq
İdman 24

Argentina millisi ilə dünya çempionu olan "Tottenhem" klubunun futbolçusu Kristian Romero İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun matçını buraxacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə məşhur "The Standard" nəşri məlumat yayıb.

Buna səbəb 26 yaşlı müdafiəçinin cəzalı durumda olmasıdır.

London təmsilçisinin vitse-kapitanı iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə bu matçda iştirak edə bilməyəcək. O, 2022/2023 mövsümündə "Milan"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. "Tottenhem" 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından argentinalı futbolçu cəzasını bu mövsüm çəkməli olacaq.

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib. BAKU.WS report-a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142.25 xalla...

73 İdman 16:47 17 oktyabr 2025

Son xəbərlər