Tokio-2020: Yeddinci cüdoçu da Azərbaycana medal qazandıra bilmədi - FOTO

Tokio-2020: Yeddinci cüdoçu da Azərbaycana medal qazandıra bilmədi - FOTO
Foto
İdman 291

Azərbaycan Tokio Olimpiadasında bu gün də medalsız qalıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, osetin əsilli cüdoçumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

O, 1/16 finalda Aleksandr İddirə (Fransa) qalib gəlsə də, 1/8 finalda Misir əsilli Şadi Əl-Nahasa (Kanada) uduzaraq mübarizəni dayandırıb.

Bununla da Olimpiadanın altıncı günündə də Azərbaycanın medalsız qaldığı təsdiqini tapıb.

Qeyd edək ki, indiyədək yeddi cüdoçumuz mübarizə aparsa da, heç biri medal qazana bilməyib. Sabah ən ağır çəkilərdə iki cüdoçumuz – Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) tatamiyə çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər