Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək.
Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə "Tokio-2020"də tətbiq edəcəyi yeniliklərdən biridir.
Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlandı
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse...