Tokio-2020: Azərbaycanın iki güləşçisi məğlub olub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Akjol Mahmudovla (Qırğızıstan) üz-üzə gəlib.
Hüseynov rəqibinə 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
***08:38
Tokio Olimpiadasında güləş yarışları davam edir.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.
Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olacaq.
Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, ikinci...