Tokio-2020: Azərbaycan daha bir bürünc medal qazanıb - FOTO

Tokio-2020: Azərbaycan daha bir bürünc medal qazanıb - FOTO
Foto
İdman 165

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

BAKU.WS xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopesə məğlub olub.

Bununla da idmançımız olimpiadanın bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, Alfonso Dominges 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər