Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
20
iyn
2025
10:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində başqa çəki dərəcində mübarizə aparacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, idmançı və Qırğızıstandan olan rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşməyə razılıq veriblər.
Onlar daha əvvəl 70 kq-da üz-üzə gəlməli idilər. Lakin rəsmi çəkiölçmə mərasimində hər ikisi buna uyğun gəlməyib.
"UFC Fight Night" iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...