İtaliyada bütün idman yarışları təxirə salındı
10
mar
2020
11:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyada koronavirusa görə futbol da daxil olmaqla bütün idman yarışları 3 aprelə qədər təxirə salınıb.
BAKU.WS “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Olimpiya Komitəsi qərar verib.
Qərarı ölkənin Baş naziri Cüzeppe Konte və İdman naziri Vinçenzo Spadafora təsdiqləyib.
Bundan başqa, ölkə daxilində zəruri hallardan başqa insanların sərbəst dolaşması da məhdudlaşdırılıb.
Qeyd edək ki, bu günə qədər İtaliyada koronavirusdan 450 nəfər ölüb.
Oxşar xəbərlər
Tokio-2020 Olimpiadasında gender bərabərliyi: Ölkələrin iki bayraqdarı olacaq
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən iki bayraqdarın olması haqda qərarını Azərbay...