"Sumqayıt" "Şamaxı"dan ayrılan hücumçunu transfer edib
                            
                                09
                                iyl
                            
                                2023
                                11:30
                            
                            2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunun keçidini reallaşdırıb.
"Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, komanda son mövsümü "Şamaxı"da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qəbələ" klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində Litvanın "Yonava", "Sabah" və "Şamaxı" klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.
Oxşar xəbərlər
Ramil Şeydayev cəzalandırıldı
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeyd...