Sumqayıt sakinlərinə müjdə! Bilet satışı başlayır

Sumqayıt sakinlərinə müjdə! Bilet satışı başlayır
İdman 7

Boyük Şəhərin Tək Komandası doğma Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionuna qayıdır.

Əsaslı təmirdən sonra yenidən futbolçulara və futbolsevərlərə qucaq açacaq arenadakı ilk oyun "Neftçi" ilə olacaq.

Fevral ayının 4-də saat 15:00-da start götürəcək matç üçün bilet satışına saatlar qalıb.

Biletləri bu gün saat 15:00-dan etibarən iticket.az saytından, həmçinin Sumqayıta yerləşən 1 saylı Asan Xidmətdən əldə edə bilərsiniz.

Azarkeş marağını nəzərə alaraq oyuna 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

Böyük Şəhərin Tək Komandası öz azarkeşlərini gözləyir!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər