"Sumqayıt" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə bağlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.
BAKU.WS-in klubun mətbuat xidmətinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalanıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib, qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.
Filipe Kandido bu gün həmçinin klubun infrastrukturu ilə tanış olub. O, komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna və "SOCAR Polymer" təlim-məşq mərkəzinin meydançalarına baş çəkib.
Qeyd edək ki, Filipe Kandido futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real" komandalarında çıxış edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...