"Sumqayıt" braziliyalı futbolçu transfer edib - FOTO

Sumqayıt braziliyalı futbolçu transfer edib - FOTO
Foto
İdman 39

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, klub son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.

Son xəbərlər