"Qarabağ" hücumçu aldı - Braziliyalı artıq Bakıdadır
"Qarabağ" bu yay ikinci transferini gerçəkləşdirmək ərəfəsindədir.
BAKU.WS qol.az-a istinadən xəbər verir ki, braziliyalı Olavia Viera dos Santos Junior (qısa adı Juninyo) Ağdam klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəlib.
26 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Əldə edilən xəbərə görə, Juninyonun doğma mövqeyi sağ vinger olsa da, baş məşqçi Qurban Qurbanov onu sırf mərkəz hücumçusu oynatmağı düşünür. Braziliyalı Portuqaliya liqasında bu mövqedə də çıxış edib.
Qeyd edək ki, Juninyo Braziliyanın "Atletiko PR" klubunun yetirməsidir. O, "Atkletiko" ilə yanaşı müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarında da oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu "Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub. Onun klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. "Qarabağ" bu transfer üçün qarşı tərəfə təzminat ödəyəcək.
Hələlik müqavilənin müddəti və təzminatın məbləği barədə məlumat yoxdur.
Qeyd edək ki, "Qarabağ" bu yay transferində son mövsümü "Zirə"də keçirmiş Hamidu Keytanı da heyətinə qatıb.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...