Stanislav Çerçesov: "Qarabağ"ın güclü və zəif tərəflərini bilirik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz rəqibi, onlar da bizi analiz edir. Bir-birimizin güclü və zəif tərəflərini bilirik. Amma indi bunu açıqlamayacağam. Oyun sabahdır və matç zamanı bütün amilləri nəzərə almalıyıq. "Qarabağ" çox güclü komandadır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.
Oxşar xəbərlər
"Ferentsvaroş" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Qarabağa rəqib olan Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Uinqo zədələnib. BAKU.WS-in məluma...