“Srvena Zvezda” futbolçuları Belqradda tankla gəziblər - VİDEO

“Srvena Zvezda” futbolçuları Belqradda tankla gəziblər - VİDEO
Video
İdman 411
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Serbiyanın “Srvena Zvezda” klubunun azarkeşləri və futbolçuları bu uğuru qeyri-adi tərzdə bayram ediblər.BAKU.WS xəbər verir ki, dünən Belqradda keçirilən cavab oyunu başa çatdıqdan sonra stadiona SSRİ istehsalı olan "T-55" tankı yaxınlaşıb.Klubun futbolçuları, nümayəndələri və azarkeşlər zirehli texnika ilə paytaxtı gəziblər.UEFA dərhal hadisəyə münasibət bildirib və bununla bağlı hər hansı cəzanın tətbiq olunmayacağını açıqlayıb.Qeyd edək ki, İsveçrənin “Yanq Boyz” klubu ilə hər iki matçda heç-heçə edən “Srvena Zvezda” səfərdə daha çox qol vurduğu üçün qrupa düşüb – 2:2, 1:1.

Oxşar xəbərlər

3 klub Çempionlar Liqasının qruplarına vəsiqə qazandı

3 klub Çempionlar Liqasının qruplarına vəsiqə qazandı

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.BAKU.WS xəbər verir ki, keçirilən 3 oyunun nəticələrinə görə, "Olimpiakos", "Srvena Zv...

463 İdman 09:38 28 avqust 2019

Son xəbərlər