"Sportinq" - "Beşiktaş" oyunundan öncə dava düşdü: Türk azarkeşlər döyüldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının IV turu çərçivəsində "Beşiktaş" Portuqaliyada "Sportinq"lə qarşılaşıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, matçdan əvvəl İstanbul təmsilçisinin azarkeşləri ilə yerli fanatlar arasında insident yaşanıb.
Lissabonda baş verən insident zamanı 3 türkiyəli azarkeş xəsarət alıb.
Yerli mətbuatın yazdığına görə, hadisə bir qrup “Sportinq” azarkeşinin “Beşiktaş” azarkeşlərini söyməsi ilə başlayıb. Portuqallar daha sonra məşəl, dəyənək və dəmir borularla türk tərəfdarlarına hücum edib.
Qeyd edək ki, qarşılaşma yerli klubun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Beşiktaş" evdə uduzdu - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan...