İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 61 kq-da çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib.
Hesab 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xal prinsipinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib..
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. H...