Şimali koreyalı futbolçular 7 ildən sonra ilk dəfə Cənubi Koreyaya gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreyanın "Naegohyang" Qadın Futbol Klubu AFC Qadınlar Çempionlar Liqasının yarımfinal oyunu üçün Cənubi Koreyaya səfər edib.
BAKU.WS xəbər verir ki, bununla da Şimali Koreya idmançıları 7 ildən artıq fasilədən sonra ilk dəfə Cənubi Koreya ərazisinə daxil olublar.
39 nəfərlik heyət Pekindən gələn reyslə İnçxon Beynəlxalq Hava Limanına eniş edib. Futbolçular və məşqçi heyəti hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri altında qarşılanıb.
Məlumata görə, "Naegohyang" komandası yarımfinalda Cənubi Koreyanın "Suwon FC Women" klubu ilə qarşılaşacaq. Oyuna böyük maraq göstərildiyi və satışa çıxarılan minlərlə biletin qısa müddətdə tükəndiyi bildirilib.
Qeyd edək ki, Şimali Koreya idmançıları sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyaya səfər etmişdi.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...