"Şəmkir" və "Kür-Araz" komandalarının oyununda kuryoz hadisə olub
05
sen
2023
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ilk dəfə təşkil olunan ikinci futbol liqasının ilk turunun oyunlarının birində kuryoz hadisə olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Şəmkir" və "Kür-Araz" komandalarının oyununun ikinci hissəsində meydançaya anidən iki it daxil olub.
Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.
Futbolçuların müdaxiləsindən sonra itlər meydançadan kənarlaşıb.
Qeyd edək ki, oyun Peşəkar Futbol Liqasının rəsmi saytı tərəfindən canlı yayımlanıb və matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Oxşar xəbərlər
Polis gecikdi deyə “Neftçi” cərimələndi
İntizam Komitəsinin növbəti iclası keçirilib. BAKU.WS xəbər verir ki, iclasda I Divizionun XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub. “Nef...