Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə keçiriləcək yarışa getməkdən imtina edib

17
dek
2020
18:17
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə “Tata Steel Chess Tournament”də iştirak etməyəcək.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.
Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.
Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.
Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov onlayn turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə on...