Şəhriyar Məmmədyarov Kasparovu rüsvay etdi: Cəmi yeddi gedişə qələbə!
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiya “Grand Chess Tour” turnirlər seriyasının üçüncüsü hesab olunan şahmat turnirinə ev sahibliyi edir.
Burada azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir.
Rapid növündə qüvvəsini sınamış şahmatçılar, bu gün blits üzrə turnirdə iştirak ediblər.
Çempionatda Şəhriyar Məmmədyarovun rəqiblərindən biri də keçmiş dünya çempionu Harri Kasparov olub.
Şahmatçımız altıncı turda qarşılaşdığı rəqibinə cəmi yeddinci gedişdə qalib gəlib.
Qeyd edək ki, rapid üzrə doqquz, blits üzrə isə altı turdan sonra Şəhriyar Məmmədyarovun aktivində 12 xal var və şahmatçımız altıncı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Grand Chess Tour": Rəcəbov günü qələbə ilə başa vurdu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində növbəti görüşlərini...