"Şamaxı"nın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Bundan sonrakı bütün matçlar bizim üçün finala bərabər olacaq”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis gərgin görüş alındığını bildirib:
“Hər iki komanda 4-5 turdur qələbəyə həsrətdir. Rəqibə görə hazırlaşmışdıq. Çünki “Turan Tovuz”un evdə yaxşı müdafiə olunduğunu bilirdik. Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər və layiqli xal qazandıq. Ard-arda ağır oyunlar olacaq, stress var. Mövsümün sonuna yaxın aşağı pillələrdə qərarlaşmaq çətindir”.
Əsgərli bütün görüşlərə qələbə əzmi ilə çıxdıqlarını vurğulayıb:“Bizim üçün 1 xal da kifayət edir. Amma rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxırıq. Çünki hər xal klubun taleyini həll edir. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi“.
O, növbəti iki turda “Sumqayıt” və “Kəpəz”i evdə qəbul edəcəklərini xatırladıb:
“Evdə oynayacağıq və doğma azarkeşlərimiz önündəki qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. Bütün oyunlara eyni formada hazırlaşırıq. Həqiqətən də, çox vacib görüşlər olacaq”.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...