Şahmatçımız "Baku Open" beynəlxalq turnirinin qalibi oldu
29
sen
2019
10:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şahmatçımız Qədir Hüseynov "Baku Open" beynəlxalq turnirinin qalibi olub.BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, doqquz turdan ibarət yarışda 8 xal toplayan Q.Hüseynov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Millimizin üzvləri Murad İbrahimli yarışı ikinci, Vüqar Əsədli isə üçüncü pillədə başa vurublar.Qeyd edək ki, turnirdə 10 ölkədən 150 şahmatçı birincilik uğrunda mübarizə aparıb.
Oxşar xəbərlər
Ramil Quliyev birinci, Nazim Babayev isə ikinci oldu
Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Antaliyada keçirilən "Gloria Cup" turnirinin qalibi olub. BAKU.WS xəbər verir ki, R.Quliyev...