"Serik Belediyespor" Sergey Yuranla yollarını ayırdı
Türkiyənin "Serik Belediyespor" klubunun rəhbərliyi baş məşqçi Sergey Yuranla əməkdaşlığa son qoymaq qərarına gəlib.
BAKU.WS-in məlumatına görə, bu barədə "MATÇ TV" məlumat yayıb.
Bir müddət əvvəl rusiyalı mütəxəssis mətbuat konfransında komandadan könüllü şəkildə ayrılmaq niyyətində olduğunu bildirmişdi. O, futbolçuların və texniki heyətin uzun müddətdir maaş almadığını, bu şəraitdə isə nizam-intizamı qorumağın mümkün olmadığını vurğulamışdı.
Bildirilir ki, "Serikspor" futbolçuları da maaşların səkkiz həftəlik gecikməsinə etiraz olaraq məşqlərdə iştirakdan imtina ediblər.
Qeyd olunur ki, Sergey Yuran 2025-ci ilin iyul ayından etibarən Türkiyə klubunun sükanı arxasına keçmişdi. Komanda onun rəhbərliyi altında 11 oyunda 13 xal toplayaraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxıb. BAKU.WS xəbər verir ki, Azərbaycan klub...