“Sərhədçi” baş məşqçi ilə yollarını ayırdı - YENİ TƏYİNAT
04
yan
2024
14:57
Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.
Klubdan verilən məlumata görə, “Sərhədçi” serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollarını ayırıb.
Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.
Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Formula 1": Bakıda yeddinci yarış bu gün start götürür
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürəcək. İlk gündə birinci sərbəst yürüş və sıralama turu baş tutacaq. Bundan əlavə, "Formula 2"də də sına...