Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.
Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq.
Oxşar xəbərlər
Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb
Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Bakı İ...