Sərbəst güləş millimiz Avropa çempionatında dördüncü medalı qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir bürünc medal qazanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşündə Andrey Vlasovu (Ukrayna) 5:0 hesabı ilə məğlub edərək öz çəkisində Avropanın üçüncüsü olub.
Bürünc medal qazanmaq şansı olan digər Dağıstandan olan güləşçilərimiz buna nail ola bilməyib. Əhmədnəbi Qvarzatilov (61 kq) Beka Lomtadzeyə (Gürcüstan) 7:9 hesabı ilə uduzub. Hacımurad Məhəmmədsəidov (86 kq) isə Nazim Aminlə (San Marino) təsəlliverici görüşə bir gün əvvəl zədələndiyi üçün çıxa bilməyib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını dörd medalla başa vurub. Osman Nurməhəmmədovdan başqa, dünən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) bürünc medal qazanmışdı.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...