“Səbail” - “Qarabağ” matçında qorxulu anlar - VİDEO
16
apr
2021
20:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” matçında qorxulu anlar yaşanıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçın 26-cı dəqiqəsində top uğrunda mübarizə zamanı meydan sahiblərinin futbolçusu Amil Yunanov ayaqla “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin başından vurub.
Bu zaman qapıçı bir müddət yerdə qalıb və oyunu davam etdirə bilməyib. Nəticədə gənc qapıçı Emil Balayevlə əvəzlənib. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev isə Amil Yunanova sarı vərəqə verməklə kifayətlənib.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Millimiz Kipri məğlub etdi - VİDEO (YENİLƏNİB)
Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyununun birinci hissəsi başa çatıb. BAKU.WS xəbər verir ki, Nikosiyadak...