Saşa Boeyin "Bayern"ə transferi bu gün rəsmiləşə bilər

Saşa Boeyin Bayernə transferi bu gün rəsmiləşə bilər
İdman 2

"Bayern" Münhen klubu "Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boeyi transfer etməyə çox yaxındır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, klublar arasında razılıq əldə olunarsa, fransız futbolçu bu gün Münhenə gedəcək.

Fransız sağ cinah müdafiəçisinin transfer qiymətinin 20-25 milyon avro arasında olduğu müəyyən edilib.

"Qalatasaray"la 2025-ci ilə qədər müqaviləsi olan Saşa Boey bu mövsüm 31 matçda meydana çıxıb. 23 yaşlı futbolçu bu matçlarda 2 qola imza atıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər