Sadio Mane pivə ilə foto çəkdirmədi: Mediada gündəm oldu – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Münhen “Bavariya”sının futbolçuları bölgənin ənənəvi geyimində və əllərində pivə ilə şəkil çəkdiriblər.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, kadrlar klubun sosial şəbəkə hesablarında yayılıb.
Qeyd edək ki, belə fotolar hər il çəkilir. Lakin bu dəfə komandanın yeni üzvü Sadio Mane diqqət mərkəzinə düşüb. Münhen klubunun ulduz transferi müsəlman olduğu üçün əlində pivə olmadan şəkil çəkdirib.
Həmçinin, klubun daha bir yeni üzvü, müdafiəçi Nussayr Mazraui də müsəlmandır.
Qeyd edək ki, “Bavariya”da bənzər hallar əvvəllər də olub.
Məsələn, hələ 2006-cı ildə İslamı qəbul edən Frank Riberi əlində pivə olmadan fotolar çəkdirib.
Yeri gəlmişkən, “Bavariya”nın açıqlamasında oyunçuların əllərindəki pivənin spirtsiz olduğu vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, İrlandiya və Portuqaliya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb. BAKU.W...