Sabiq "Fənərbağça"lıdan Osimhenə çağırış: Bizimlə tarix yaz, "Fənərbağça" Nigeriyadır
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça"nın sabiq futbolçusu Emmanuel Emenike "Qalatasaray"a transfer olunacağı bildirilən nigeriyalı futbolçu Viktor Osimhenə çağırış edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Emmanuel Emenike paylaşımında bu sözlər yer alıb:
"Victor Osimhen "Fənərbağça" Nigeriyadır. Bizimlə tarix yazın. Ən böyük baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında çalışmaqdan xoşbəxt olacaqsınız. "Fənərbağça" bir addım atsın".
Fənərbaxçalı azarkeşlər Emenikenin paylaşımını bəyənib və şərh yazıblar.
Xatırladaq ki, "Qalatasaray" "Napoli"nin dünyaca məşhur ulduzu Viktor Osimhenlə anlaşıb. Futbolçu bu gecə İstanbula gəlib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...