"Sabah"ın hücumçusu "Qarabağ"ın qolkiperini vurduğu üçün meydandan qovuldu
17
okt
2021
19:24
"Sabah" klubu evdə "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının VII tur oyununda azlıqda qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 27-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Xulio Sezar Rodriges qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Paraqvaylı hücumçu ayağı ilə Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə zərbə endirdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...