"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb
31
may
2026
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, "bayquşlar"ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Sekidika "Sabah"da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...