"Sabah" "Araz-Naxçıvan"a, "Zirə" "Sumqayıt"a qarşı
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIX tura start veriləcək.
BAKU.WS xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Açılış matçında "Sabah" doğma meydanda "Araz-Naxçıvan"ı sınağa çəkəcək. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 16:00-da başlayacaq. Meydan sahibləri hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 27 xala malik "Araz-Naxçıvan" isə 6-cı sıradadır.
İkinci oyunda isə "Zirə" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 18:30-da start götürəcək. "Kimyaçılar" hazırda 30 xalla 4-cü, "qartallar" isə 29 xalla 5-ci pillədə yer alıb.
Qeyd edək ki, turun növbəti qarşılaşmaları fevralın 9-10-da təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan 2026-cı ilin ilk reytinq turnirində bürünc medal qazanıb. Bu barədə Az...