Rusiyalı şahmatçıya QADAĞA: Sergey Karyakin diskvalifikasiya olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Şahmat Federasiyası Ukraynaya zorakılığı dəstəkləyən rusiyalı şahmatçını bütün yarışlardan kənarlaşdırıb.
FİDE-nin rəsmi saytında yazılan məlumata görə, Sergey Karyakin 6 ay müddətində diskvalifikasiya olunub.
32 yaşlı qrossmeyster qurumun təşkil etdiyi hər hansı reytinqli şahmat turnirində oyunçu kimi iştirak edə bilməyəcək. Karyakin haqqında qəbul edilən qərar martın 21-dən qüvvəyə minib.
Qeyd edək ki, Karyakin bir müddət əvvəl şəxsi “Instagram” hesabında müharibə ilə bağlı paylaşım edərək Rusiyaya dəstək olub.
Onun fikirlərinə görə, Rusiya xalqı 8 ildir davam edən Kiyev rejiminin saysız-hesabsız gülləbaranlarından və soyqırımından əziyyət çəkib.
Bundan sonra isə FİDE şahmatçıya qarşı intizam işi başladıb.
Əlavə edək ki, Sergey Karyakin 2009-cu ilədək beynəlxalq şahmat yarışlarında Ukraynanı təmsil edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...