Rusiyalı idmançılar beynəlxalq yarışlara buraxıla bilər

Rusiyalı idmançılar beynəlxalq yarışlara buraxıla bilər
İdman 30

Beynəlxalq Konkisürmə İttifaqı Şurası (ISU) yanvar ayında rusiyalı fiqurlu konkisürənlərin yarışlara buraxılması məsələsini nəzərdən keçirəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

"Məsələnin gündəliyi hələ rəsmi şəkildə formalaşdırılmayıb, lakin qeyri-rəsmi kanallarla rusiyalı idmançıların buraxılması mövzusunun müzakirə olunacağı bildirilib. Ən ehtimal olunan variant Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə uyğun olaraq ilk növbədə yeniyetmələrin (juniorların) yarışlara buraxılmasıdır. Bununla belə, böyük yaş qrupuna aid idmançılar da növbədədir", – deyə mənbə bildirib.

İclas 13 yanvar tarixində onlayn formatda keçiriləcək.

ISU 2025-ci ilin may ayında dörd tək konkisürən üçün (əsas heyət və ehtiyat) neytral statusu təsdiqləyib. Bunlar Pyotr Qumennik, Vladislav Dikici, Adeliya Petrosyan və Alina Qorbaçevadır. Bununla yanaşı, ISU rusiyalı rəqs duetləri və idman cütlüklərini Qış Olimpiya Oyunlarının seçmə turnirinə buraxmayıb. Rusiyadan əsas namizədlər kimi ölkə çempionları Aleksandra Stepanova / İvan Bukin (rəqs) və Anastasiya Mişina / Aleksandr Qallyamov (cütlükdə konkisürmə) göstərilirdi.

Son xəbərlər