Rusiyada məşhur idmançı 28 yaşında ölüb - FOTO

Rusiyada məşhur idmançı 28 yaşında ölüb - FOTO
Foto
İdman 1

Məşhur bodibilder Dmitri Kimak 28 yaşında Yekaterinburqda vəfat edib.

Bu barədə "E1.ru" portalı yazıb.

İdmançının dostunun portala verdiyi məlumata görə, o, qəfil dünyasını dəyişib.

“Nə baş verdiyi hələ də bəlli deyil. Dünən səhər ona mesaj yazdım və hər şey qaydasında idi”,-deyə idmançının dostu bildirib.

Yaxınlarının sözlərinə görə, Kimak səhhətindən şikayət etməyib.

Məlumdur ki, martın 1-də idmançı Ural Mərkəzi Komitəsində keçirilən yarışda çempion kubokunu qazanıb.

Bundan əvvəl Rusiya Cüdo Federasiyası idmançı Kazbek Zankişiyevin vəfat etdiyini açıqlamışdı. Cüdoçunun 31 yaşı var idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər