Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik edib - FOTO

Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik edib - FOTO
İdman 121

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, assosiasiya rəhbəri qurumun inzibatı binasında təcrübəli mütəxəssislə görüşüb.

AFFA prezidenti onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb. Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.

Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər