Ronaldu "Mançester Yunayted"də qalmaq üçün öz şərtini açıqladı

Ronaldu Mançester Yunayteddə qalmaq üçün öz şərtini açıqladı
İdman 270

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunda qalmaq üçün öz şərtini açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu yalnız yeni baş məşqçi Erik ten Haq ona komandada əsas rol verəcəyi təqdirdə "qırmızı şeytanlar"ı tərk etməyəcəyini bildirib.

Hələlik onun Mançester təmsilçisindəki gələcəyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Sadəcə, futbolçunun agenti Jorje Mendeş klub rəhbərliyindən dəqiq cavab gözləyir.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Oxşar xəbərlər

Ronaldonun oğlu "Mançester Yunayted"də - FOTO

Ronaldonun oğlu "Mançester Yunayted"də - FOTO

Portuqaliya millisinin üzvü, "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldonun oğlu kiçik Kriştianu klubla rəsmi müqavilə bağlayıb. BAKU.WS xəbər ver...

182 İdman 10:29 11 fevral 2022

Son xəbərlər