Ronaldonun oğlu "Real Madrid"in akademiyasına qəbul olub - FOTO

Ronaldonun oğlu Real Madridin akademiyasına qəbul olub - FOTO
Foto
İdman 239

Portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldonun oğlu Junior (Jr.) Kriştiano "Real Madrid"in akademiyasına qəbul olub.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Edu Kornaqo tvitter səhifəsində yazıb.

O bildirib ki, Kriştiano "Real Madrid"ə qayıtmayacaq.

Qeyd edək ki, Ronaldonun böyük oğlu fevral ayında "Mançester Yunayted"in akademiyası ilə müqavilə imzalamışdı.

Xatırladaq ki, Ronaldo 2022-ci il dünya çempionatı başlamazdan əvvəl Britaniya nəşrinə qalmaqallı müsahibə verərək "Mançester Yunayted"i və komandanın baş məşqçisi Erik Ten Haqı tənqid etmişdi. Bundan sonra futbolçu ilə klub arasındakı müqaviləyə xitam verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər