Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb

Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
İdman 66

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komanda turnirə vəsiqə qazanacağı təqdirdə, diskvalifikasiya səbəbindən 2026-cı il Dünya Çempionatının start matçlarını buraxa bilər.

BAKU.WS xəbər verir ki, buna səbəb ulduz futbolçunun dünən Dublində İrlandiya millisi ilə keçirilən oyunun 61-ci dəqiqəsində qırmızı vərəqə almasıdır.

40 yaşlı hücumçu irland müdafiəçi Daru Oşiyə dirsəyi ilə zərbə endirib. Baş hakim Qlenn Nyuberq əvvəlcə ona sarı vərəqə göstərib, lakin VAR-da epizodu yenidən izlədikdən sonra qərarını dəyişərək qırmızı vərəqə verib.

Portuqaliya F qrupunda 10 xal toplayaraq liderliyini qoruyur. Onun ardınca Macarıstan (8 xal), İrlandiya (7 xal) və Ermənistan (3 xal) gəlir. Qrupun son turunda Portuqaliya evdə Ermənistanla, İrlandiya isə səfərdə Macarıstanla qarşılaşacaq. Hər iki oyun 16 noyabrda keçiriləcək.

Son xəbərlər