Ronaldo yığmanın oyununu buraxacaq

Ronaldo yığmanın oyununu buraxacaq
İdman 67

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo AVRO-2024 öncəsi komandasının ilk yoldaşlıq oyununu buraxacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə "O Jogo" məlumat yayıb.

Qeyd edilib ki, Ronaldo Avropa çempionatına hazırlıq çərçivəsində Finlandiya ilə oyunu (4 iyun) buraxacaq.

Portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatı başa çatdıqdan sonra millinin məşqçilər korpusundan bir həftəlik məzuniyyət alacaq.

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi "Əl-Nəsr"ə keçib. Bu mövsüm forvard bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalın futbolçunu 15 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər