Ronaldo het-trik edərək Azərbaycan əsilli futbolçuya yaxınlaşdı - SİYAHI

Ronaldo het-trik edərək Azərbaycan əsilli futbolçuya yaxınlaşdı - SİYAHI
İdman 3238

Avro-2020-nin seçmə mərhələsində keçirilən Portuqaliya - Litva oyununda het-trikə imza atan Kriştiano Ronaldo İran yığmasının tərkibində dünya rekordu müəyyənləşdirən Azərbaycan əsilli futbolçu Əli Daeiyə bir qədər də yaxınlaşıb. BAKU.WS xəbər verir ki, ulduz futbolçu bu günə qədər Portuqaliya millisinin heyətində 98 dəfə fərqlənib.

34 yaşlı hücumçu əgər bazar günü Lüksemburqa qarşı matçda iki dəfə fərqlənərsə 100 qol vurmuş futbolçulardan ikincisi olacaq.

Dünya üzrə milli komandalarıın heyətində ən çox qol vuran futbolçu isə İran yığmasında çıxış etmiş Azərbaycan əsilli Əli Daeidir. O, İran yığmasında çıxış etdiyi 13 il ərzində 109 dəfə fərqlənib.

Dünya üzrə millilərdə ən çox qol vurmuş futbolçuların top-10-luğu belədir.

AdıMilli komandaQolların sayıOyunların sayıKaryerası
Əli Daeiİran1091491993-2006
Kriştiano RonaldoPortuqaliya981632003 -
Ferents PuşkaşMacarıstan84851945-1956
Qodfri ÇitaluZambiya791111968-1980
Hüseyn Səidİraq781371977-1990
PeleBraziliya77921957-1971
Şandor KoçişMacarıstan75681948-1956
Kunisiqe KamamotoYaponiya75761964-1977
Bəşər AbdullaKüveyt751341996-2007
Sunil ÇetriHindistan721142005 -

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Messi etiraf etdi: O, ən yaxşı hücumçudur

Messi etiraf etdi: O, ən yaxşı hücumçudur

Argentina millisi və "Barselona"nın ulduz üzü vLionel Messi hansı futbolçunun dünyanın ən yaxşı hücumçusu hesab etdiyini açıqlayıb.BAKU.WS "report"a istinadən x...

865 İdman 17:00 27 oktyabr 2019

Son xəbərlər