Ronaldo dayanmaq bilmir - 942-ci qolunu vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Kriştianu Ronaldu peşəkar karyerasında 942-ci qolunu rəsmiləşdirib.
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun hücumçusu və Portuqaliya millisinin kapitanı bu uğura dünya çempionatının 2026-cı il üçün seçmə mərhələsində Ermənistan yığmasına qarşı oyunda imza atıb.
40 yaşlı forvard İrəvanda keçirilən görüşdə iki dəfə fərqlənib və komandası böyükhesablı – 5:0 qələbə qazanıb.
Ronaldu indiyədək "Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nasr"da isə 101 qol vurub. Onun digər qolları isə karyerasına başladığı Lissabon "Sportinq"ində və milli komandanın heyətində qeydə alınıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...