Ronaldo bu səbəbdən hər ay sevgilisinin hesabına 100 min avro köçürür - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Manchester United” klubunun ulduzu, portuqaliyalı Kriştiano Ronaldo şəxsi həyatı ilə mətbuatın diqqətini çəkib.
BAKU.WS xəbər verir ki, idmançının sevgilisi Corciana Rodrigesin bank hesabına hər ay 100 min avro (təxminən 185 min 240 AZN) köçürdüyü məlum olub.
Bu haqda İspaniyanın xəbər portalı "Marca" məlumat verib.
Ronaldo bu pulla sevgilisinin və övladlarının aylıq xərcini ödəyir. İdmançı tez-tez yarışlarda iştirak etdiyi üçün övladları ilə daha çox Rodriges məşğul olur.
Cütlüyün yaxın zamanlarda əkiz övladı dünyaya gələcək. Doğulacaq övladları üçün yeni otaq hazırlatdıran ikili onun fotosunu sosial şəbəkədə paylaşıblar. Otaqdakı əşyaların dəyərinin ümumilikdə 20 min avro (təxminən 37 min 48 AZN) olduğu bildirilib.
Qalereya
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...